AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Fevral 2023 - 14:13   
    Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 61 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6806/

     

    Qərara əsasən sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi qaydası müəyyən edilmişdir.

    Qərarda hesabatın “Elektron hökumət” və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə elektron, habelə barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə kağız daşıyıcıda təqdim edilməsi əks olunmuşdur. Bundan irəli gələrək Qərarda müvafiq məlumatları əhatə edən hesabat formaları tərtib edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018