AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 08 Mart 2023 - 11:25   
    Türkiyənin Vitse-prezidenti Fuat Oktay Baş nazir Əli Əsədova məktub ünvanlayıb


    Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

    Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018