AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 08 Mart 2023 - 17:15   
    Baş nazir Əli Əsədov Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.

    Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olundu.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirildi.

    Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşıdığı diqqətə çatdırıldı.

    İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə olundu, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edildi.

    Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə olunmuş məsələlərə dair fikir mübadiləsi aparıldı.

    “Şərq-Qərb”, “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

    Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verildi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018