AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 10 Mart 2023 - 19:27   
    Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib.


    Nazirlər Kabinetinin 74 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6870/ 

     

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 noyabr tarixli 1888 nömrəli Fərmanla “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilmişdir.

    “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.7.3-cü yarımbəndinə edilən dəyişikliyə əsasən “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru imtahanının verilməsi tələbi yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər və vətəndaşlığı olmayan iddiaçılar üçün məcburi olacaq.

    Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi zərurəti təmin edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018