AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 13 Mart 2023 - 14:50   
    Baş nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

    Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirildi.

    Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edildi.

    Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edildi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018