AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 18 Mart 2023 - 11:37   
    Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 86 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6889/

     

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart  tarixli  86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nın tətbiqi ilə aşağıdakı məsələlərin təmin edilməsi nəzərdə tutulur:

    - yerləşmə vasitələrində qalan şəxslərin elektron qeydiyyatı həyata keçirilməklə ölkəyə gələn xarici qonaqların və yerli turistlərin dəqiq statistik hesabatlarının aparılması təmin ediləcək;

    - əldə edilən məlumatlar gələcəkdə həm beynəlxalq, həm də yerli turizm bazarında turizm sahəsində daha məlumatlı qərarların qəbul edilməsinə və uzunmüddətli turizm strategiyalarının formalaşdırılmasına kömək edəcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018