Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
rəsmi internet səhifəsi
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası təsdiq edildi
18 Mart 2023 - 11:37
Nazirlər Kabinetinin 86 №-li Qərarına dair İzah
https://nk.gov.az/az/document/6889/
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nın tətbiqi ilə aşağıdakı məsələlərin təmin edilməsi nəzərdə tutulur:
- yerləşmə vasitələrində qalan şəxslərin elektron qeydiyyatı həyata keçirilməklə ölkəyə gələn xarici qonaqların və yerli turistlərin dəqiq statistik hesabatlarının aparılması təmin ediləcək;
- əldə edilən məlumatlar gələcəkdə həm beynəlxalq, həm də yerli turizm bazarında turizm sahəsində daha məlumatlı qərarların qəbul edilməsinə və uzunmüddətli turizm strategiyalarının formalaşdırılmasına kömək edəcəkdir.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az