AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Nazirlər Kabineti yanında Operativ Qərargah | 07 Mart 2020 - 12:46   
    Azərbaycan Hökuməti İrana maliyyə yardımı ayırdı


    Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

    Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

    Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

    Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018