AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Nazirlər Kabineti yanında Operativ Qərargah | 14 Mart 2020 - 21:32   
    Azərbaycanda bir sıra dövlət strukturları Novruz bayramı günlərində adi iş rejimində çalışacaq


    Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:
    • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
    • Azərbaycan Respubikasının Nazirlər Kabineti
    • Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
    • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
    • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
    • Azərbaycan Respublikasının Baş Prokurorluğu
    • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
    • Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
    • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
    • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
    • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
    • Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
    • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
    • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
    • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
    • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
    • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
    • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
    • Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikasının Mərkəzi Bankı
    • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
    • “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
    • “Azəriqaz” İstehsalat Birliyi
    • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
    • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
    • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
    Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018