AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 23 Iyul 2020 - 18:45   
    İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə ilk iclası kerilib


    2020-ci il 23 iyul tarixində Baş nazirin müavini, İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə ilk iclası (videokonfrans) keçirilmişdir.


    İclasda Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş  iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülmüş işlər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli 1920 nömrəli Sərəncanı ilə yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyət planı müzakirə edilmişdir.


    Dövlət Komissiyasını sədri Əli Əhmədov zəruri fəaliyyətlərlə bağlı prioritet istiqamətlər üzrə müvafiq hesabatların, fəaliyyət planlarının hazırlanması, monitorinq, hesabatvermə və yoxlama sisteminin yaradılması üzrə təkliflərin hazırlanması ilə əlaqədar tarşırıqlar vermiş, həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə təbliğatın, məlumatlandırmanın artırılmasının zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018