“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin 5.4-cü bəndinə əsasən:
1. Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının
rəhbəri vəzifəsinə təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov
Bakı şəhəri, 13 dekabr 2018-ci il