Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə:
1. “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında (bundan sonra - Tədbirlər Planı) nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin.
3. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 (bir) ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 31 may 2020-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31may tarixli 230s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağli 2020-2023-cü illər üçün
TƏDBİRLƏR PLANI
Sıra №-si |
Tədbirin adı |
İcraçı qurumlar |
İcra müddəti |
1 |
2 |
3 |
4 |
1. Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi |
|||
1.1. |
Televiziya və radio kanallarında, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılması |
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi |
1.2. |
Yol hərəkəti təhlükəsizliyinin təbliğat-təşviqatında ictimaiyyət nümayəndələri ilə birgə iştirakçılığa nail olmaq məqsədilə televiziya və radio kanallarında, sosial şəbəkələrdə ziyalıların, mədəniyyət-incəsənət xadimlərinin, mütəxəssislərin çıxışlarının təşkil edilməsi |
Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Milli Televiziya və Radio Şurası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi |
1.3. |
Təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsinin stimullaşdırılması |
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi |
1.4. |
Yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı ərazilərin, təhlükəli keçidlərin, qovşaqların yaxınlığında yerləşən təhsil və digər müəssisələrdə tanınmış ziyalıların, nəqliyyat sahəsi üzrə ekspertlərin iştirakı ilə maarifləndirici görüşlərin keçirilməsi |
Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi
|
1.5. |
Cəmiyyətdə tanınmış şəxslər arasından intizamlı sürücülərin müəyyən edilməsi, onların timsalında nümunə formalaşdırılması və ictimailəşdirilməsi |
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi
|
1.6. |
Məktəbəqədər və ümumi təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş guşələrin yaradılması, rəsm və ya şeir müsabiqələrinin keçirilməsi, valideyn və pedaqoji kollektivin bu işlərə cəlb edilməsi, əldə olunan müsbət təcrübənin yayılması, bu mövzuda hazırlanmış sənət nümunələrinin, səhnəciklərin, viktorinaların kütləvi informasiya vasitələrində yayımlanması |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi
|
1.7. |
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı təbliğat, təşviqat və maarifləndirmə sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabi-qəsinə təqdim olunan layihə təklifləri üzrə məsləhətləşmələrin aparılması |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi |
1.8. |
Tələbə və şagirdlərin dövlət yol polisinin xidməti fəaliyyəti ilə yaxından tanış olmaları, yol hərəkətinin tənzimlənməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi prosesində qüvvə və vasitələrin idarə olunması prosesini canlı izləmələri məqsədilə onların Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarına ekskursiyalarının təşkil edilməsi |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası |
mütəmadi
|
1.9. |
Uşaq istirahət düşərgələrində, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlərin təşkil edilməsi, tanınmış ziyalıların, müharibə və əmək veteranlarının, mədəniyyət və incəsənət işçilərinin prosesə cəlb olunması, nəticələrin ictimailəşdirilməsi |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio Şurası |
mütəmadi |
1.10. |
“Yol hərəkəti əlifbası”nın yaradılması və tədris proqramlarına salınması |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi |
2020-2022 |
2. Yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin nəzərə alınması |
|||
2.1. |
Cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə audiovizual əsərlərin, o cümlədən animasiyanın, tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması, bu sahədə sosial şəbəkələrin imkanlarından, vizual effektlərdən geniş və davamlı şəkildə istifadə edilməsi |
Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası, Milli Televiziya və Radio Şurası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi |
2.2. |
İnternet resurslarından aktiv və səmərəli istifadə edilməsi, bu sahədə mövcud imkanlardan yararlanması, gənc nəslin maraqlarını nəzərə almaqla təbliğat xarakterli yeni internet səhifələrinin yaradılması, yol hərəkəti təhlükəsizliyi sahəsində virtual məkanda baş verən prosesləri izləməklə antitəbliğat xarakterli informasiyaların yayılmasının qarşısının alınması üçün təşkilati-hüquqi vasitələrdən istifadə edilməsi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi |
2.3. |
Televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin (reklam, nəşr və s.) hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin nəzərə alınması, bu sahə ilə bağlı bilik, bacarıq və vərdişlər aşılayan intellektual oyunların, viktorinaların və digər təbliğat-təşviqat və kütləvi maarifləndirmə xarakterli tədbirlərin təşkil edilməsi |
Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi
|
2.4. |
“Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi |
Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi
|
2.5. |
Retro, idman və elektrik mühərriki ilə çalışan avtomobillərdən yol hərəkəti təhlükəsizliyinin təbliği işində istifadə edilməsi |
Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, Milli Televiziya və Radio Şurası |
mütəmadi |
2.6. |
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş şəxslərin ailə üzvlərinin və əlil olmuş şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin doğurduğu acı nəticələr barədə video materialların hazırlanması, onların yol hərəkət iştirakçılarına ünvanla-dıqları çağırışların kütləvi informasiya vasitələri ilə yayılması |
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Avtomobil Federasiyası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi |
2.7. |
Təhsil Nazirliyinin müvafiq struktur qurumları ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi arasında ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təbliği, təşviqi və maarifləndirmə işinin səmərəli təşkili məqsədilə işgüzar əlaqələrin yaradılması |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası |
2020-2022 |
2.8. |
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə velosiped, motosiklet və mopedlərdən istifadə edən sürücülər arasında yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə qaydaları ilə bağlı təbliğat və maarifləndirmə işinin təşkil edilməsi |
Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi
|
3. Aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində mütəmadi təbliğat-təşviqat işinin təşkili, həmçinin əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, o cümlədən ictimai nəqliyyat xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması üçün davamlı təbliğat-təşviqat işinin aparılması |
|||
3.1. |
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsinin vacibliyi və əhəmiyyəti barədə ölkə əhalisi arasında davamlı təbliğat işinin aparılması |
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi
|
3.2. |
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, ekoloji cəhətdən təmiz, o cümlədən maliyyə qənaətliliyi baxımından elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin vacibliyi və əhəmiyyəti barədə ölkə əhalisi və müvafiq dövlət orqanları arasında davamlı təbliğat işinin aparılması |
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi
|
3.3. |
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, bu sahədə xidmətin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası |
mütəmadi |
3.4. |
Ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlər zamanı əhalinin ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi, bu işdə aktiv təbliğatın aparılması
|
Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Bakı Nəqliyyat Agentliyi |
mütəmadi
|