Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra - Strategiya) hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə:
1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 fevral tarixli 101s nömrəli Sərəncamının 3.2.1-ci yarımbəndinə əsasən aşağıdakı tərkibdə alt işçi qruplar yaradılsın:
Milli Prioritet 1: “DAYANIQLI ARTAN RƏQABƏTQABİLİYYƏTLİ İQTİSADİYYAT” üzrə:
İqtisadi artım üzrə alt İşçi Qrup (məqsəd 1.1. və 2.3.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Makroiqtisadi dayanıqlılıq üzrə alt İşçi Qrup (məqsəd 1.2.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən Makro-Fiskal Çərçivə üzrə alt İşçi Qrup
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının maliyyə naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Milli Prioritet 2: “DİNAMİK, İNKLÜZİV VƏ SOSİAL ƏDALƏTƏ ƏSASLANAN CƏMİYYƏT” üzrə:
İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrup (məqsəd 2.1. və 2.2.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Milli Prioritet 3: “RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI” üzrə:
Təhsil üzrə alt İşçi Qrup (məqsəd 3.1.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının təhsil naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
İnnovasiya üzrə alt İşçi Qrup (məqsəd 3.2.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Sağlam həyat tərzi üzrə alt işçi Qrup (məqsəd 3.3.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının səhiyyə naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müavini
Milli Prioritet 4: İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ BÖYÜK QAYIDIŞ üzrə:
Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup (məqsəd 4.1. və 4.2.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri (razılaşmaya əsasən)
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Milli Prioritet 5: “TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ” üzrə:
Ekoloji məsələlər üzrə alt İşçi Qrup (məqsəd 5.1.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrup (məqsəd 5.2.)
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
2. Alt işçi qrupların rəhbərlərinə tapşırılsın ki:
2.1. Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərini və iş planının ilkin layihəsini 2021-ci il mart ayının 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
2.2. ehtiyac olduqda işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının), dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etsinlər;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 fevral tarixli 101s nömrəli Sərəncamının 3.4-cü bəndinin və 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat təqdim etsinlər;
2.4. Strategiyanın hazırlanması ilə bağlı zəruri işlərin görülməsini təmin etsinlər;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsinlər.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 fevral tarixli 101s nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Strategiyanın hazırlanması prosesində zəruri təşkilati (katiblik) məsələlərin, habelə alt-işçi qrupları arasında kommunikasiya və əlaqələndirmə işlərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış məsləhətçi şirkətlərin cəlb olunmasını, habelə Strategiyanın hazırlanması prosesində katiblik məsələlərinin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi əsasında zəruri maliyyələşdirməni təmin etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov
Bakı şəhəri, 27 fevral 2021-ci il