AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 15 Oktyabr 2021 - 11:30   
    Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə


    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

    1. Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.
    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Əli Əsədov

    Bakı şəhəri, 15 oktyabr 2021-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018