AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 03 Avqust 2022 - 12:31   
    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun yaradılması haqqında


    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

    1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılsın:

    İşçi Qrupun rəhbəri
    Azərbaycan Respublikasının energetika naziri

    İşçi Qrupun üzvləri:
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin
    birinci müavini
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
    sədr müavini
    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
    2. Azərbaycan Respublikasının Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Əli Əsədov

    Azərbaycan Respublikasının Baş naziri

    Bakı şəhəri, 3 avgust 2022-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018