AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 74
Bakı şəhəri, 30 aprel 2009-cu il
"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə və "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR :
1. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 554) təsdiq edilmiş "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş yeni redaksiyada
1. Ərzaq məhsulları
Ərzaq məhsullarının adı | Ölçü vahidi | İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə) | ||
əmək qabiliyyətli əhali | pensiyaçılar | uşaqlar 0-14 yaş | ||
Çörək və çörək məhsulları (una çevirməklə) | kq | 150 | 109 | 98 |
Kartof | kq | 46.7 | 36.5 | 40.2 |
Tərəvəz və bostan məhsulları | kq | 95.7 | 85.5 | 101.2 |
Meyvə və giləmeyvə | kq | 38 | 38 | 76 |
Ət və ət məhsulları | kq | 30 | 19.2 | 25 |
Süd və süd məhsulları (südə çevirməklə) | kq | 193.6 | 223.1 | 247.5 |
Balıq və balıq məhsulları | kq | 5 | 5 | 5 |
Yumurta | ədəd | 135.0 | 91.0 | 169.0 |
Şəkər və qənnadı məmulatları (şəkərə çevirməklə) | kq | 16.3 | 14.6 | 19.5 |
Bitki yağı, marqarin və digər piylər | kq | 11 | 7.9 | 8.3 |
Mal-qara yağı | kq | 8 | 5.5 | 6 |
Digər məhsullar (çay, duz) | kq | 3.6 | 2.8 | 3.3 |
2. Qeyri-ərzaq malları
Qeyri-ərzaq mallarının adı | Ölçü vahidi/ aşınma müddəti | İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə) | ||
əmək qabiliyyətli əhali | pensiyaçılar | uşaqlar 0-14 yaş | ||
Palto tipli üst geyimləri qrupu | ədəd/il | 3/8 | 3/9 | 3/2.6 |
Kostyum tipli üst geyimləri | ədəd/il | 9/4.2 | 8/4.8 | 12/2 |
Alt geyimləri | ədəd/il | 9/2.5 | 9/2.7 | 12/2 |
Corab məmulatları | cüt/il | 7/1.5 | 4.5/2 | 6/1.3 |
Baş geyimləri və xırdavat məmulatları | ədəd/il | 4/5 | 3/6.4 | 4/3 |
Ayaqqabı | cüt/il | 6/3.5 | 5/3.5 | 6/1.3 |
Məktəb-yazı ləvazimatı | ədəd/il | 3/1 | 3/1 | 41/1 |
Yataq ləvazimatı | ədəd/il | 11/7.1 | 11/7.1 | 11/7.1 |
Mədəni-məişət və təsərrüfat malları | ədəd/il | 14/10.2 | 14/10.2 | 14/10.2 |
İlkin tələbat və sanitariya əşyaları, dərmanlar | bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faiz | 10 | 10 | 10 |
3. Xidmətlər
Xidmətlərin adı |
Ölçü vahidi | İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə) | ||
əmək qabiliyyətli əhali | pensiyaçılar | uşaqlar 0-14 yaş | ||
Mənzil | ümumi sahə kv.m | 12 | 12 | 12 |
Mənzillərin qızdırılması | ümumi sahə kv.m | 12 | 12 | 12 |
İsti və soyuq su təchizatı | ayda kub | 6 | 6 | 6 |
Kanalizasiya | ayda kub | 6 | 6 | 6 |
Qaz təchizatı | ayda kub | 21 | 21 | 21 |
Enerji təchizatı | ayda kVt/s | 50 | 50 | 50 |
Nəqliyyat xidmətləri | bir ildə gediş | 606 | 365 | 370 |
Rabitə* | aylıq tarif | - | - | - |
İnternet xidmətləri** | aylıq tarif | - | - | - |
Digər xidmətlər | bir ayda xidmətlərə sərf olunan ümumi | 15 | 15 | 15 |
*Respublikada aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.
**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.