AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 34
Bakı şəhəri, 7 fevral 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 2384 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566) ilə təsdiq edilmiş "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissəyə "fondları" sözündən sonra "və bu fondların idarəçiləri" sözləri əlavə edilsin.
2. 13-cü hissəyə "investisiya fondlarından" sözlərindən sonra "və bu fondların idarəçilərindən" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə