“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununa (bundan sonra - Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, beş ay müddətində:
2.1. Qanunun 1.0.36-cı maddəsinə uyğun olaraq, stasionar təhsilin təşkili qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Qanunun 12.8-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. Qanunun 12.13-cü maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.5. Qanunun 12.15-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.6. Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, tədris ilinin müddəti barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.7. Qanunun 13.29-cu maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.8. Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
3.1. Qanunun 12.16-cı maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili qaydasının layihəsini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. Qanunun 29.5-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə normativləri barədə təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
6. Mərkəzi icra hakimiyyəti orqanları altı aydan gec olmayaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.2-ci bəndinin və 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə yeddi ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. Bu Sərəncamın 1-ci, 5-ci, 6-cı və 7-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə, 2-ci hissəsinin icrasına nəzarət Humanitar və sosial məsələlər şöbəsinə, 3-cü hissəsinin icrasına nəzarət Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinə və 4-cü hissəsinin icrasına nəzarət Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.
9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Novruz Məmmədov
Bakı şəhəri, 4 iyun 2019-cu il