AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Əlaqə
  • AZ
    • AZ
    • EN
    • RU
AZ
  • AZ
  • EN
  • RU
Əlaqə
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Sərəncamlar
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
06 Mart 2024 - 13:30
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
1.1.  iki ay müddətində:
1.1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
1.1.1.1. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.1.1.2. Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.1.1.3. Qanunun 1.1.64-cü, 1.1.66-cı, 1.1.68-ci, 8.1-ci, 8.2-ci (ikinci halda), 8.4-cü, 10.9-cu, 10.10-cu, 11.3-cü, 11.4-cü (birinci halda), 11.6-cı, 12.1-ci maddələrində,     12.3-cü maddəsinin birinci cümləsində, 13.1-ci (hər iki halda), 13.3-cü (hər iki halda), 16.1–16.3-cü, 17.4-cü, 17.8–17.10-cu, 18.2-ci maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 55.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 57.4-cü maddəsində, 57.6-cı maddəsinin birinci cümləsində, 60.2-ci (ikinci halda), 60.7–60.12-ci, 61.1-ci, 61.2-ci, 62.1-ci (ikinci halda), 62.3-cü və 63.2-ci maddələrində nəzərdə tutulmuş “orqan (qurum)” barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, eksperimental aviasiya üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarəti həyata keçirən “orqan (qurum)” barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. altı ay müddətində:
2.2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 1.1.4-cü və  11.1-ci maddələrinə uyğun olaraq, aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.2.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 7.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.3.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.4.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 9.3-cü maddəsinə uyğun olaraq, xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.5.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 10.2-ci, 10.3-cü maddələrinə və 10.13-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.6.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 10.5-ci və 10.11-ci maddələrinə uyğun olaraq, hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələblərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.7.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.8.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 12.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.9.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər tələblərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 17.5-ci maddəsinə uyğun olaraq, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibini və fəaliyyət qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun  23.3-cü, 23.4-cü və 23.6-cı maddələrinə uyğun olaraq, mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 24.3-cü maddəsinə uyğun olaraq, mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 25.1-ci maddəsinin ikinci cümləsinə, 25.7-ci və 26.2-ci maddələrinə uyğun olaraq, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 25.8-ci, 27.4-cü və 30-cu maddələrinə uyğun olaraq, aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarının layihələrini, habelə heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 29.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 29.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 33.2-ci maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 37.5-ci və 37.6-cı maddələrinə uyğun olaraq, uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  təqdim etsin;
2.2.21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 39.3-cü və 40-cı maddələrinə uyğun olaraq, hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 41.3-cü maddəsinə uyğun olaraq, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 43.6-cı maddəsinə uyğun olaraq, hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 43.7-ci və 44.6-cı maddələrinə uyğun olaraq, müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə və ya uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 46.2-ci maddəsinə uyğun olaraq, hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 47.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmilərində daşınması  qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 47.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 48.4-cü maddəsinə uyğun olaraq, kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 56.5-ci maddəsinə uyğun olaraq, hava məkanından istifadə və uçuş qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 58.1-ci maddəsinə uyğun olaraq, hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması qaydasının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası  Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 60.1-ci, 60.2-ci və 60.5-ci maddələrinə uyğun olaraq, mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi  qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 62.1-ci maddəsinə uyğun olaraq, daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlara dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.   
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.1-ci bəndinin və 2.2.1-2.2.6-cı, 2.2.10-2.2.26-cı, 2.2.28-2.2.32-ci yarımbəndlərinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 2.2.7-ci və 2.2.9-cu yarımbəndlərinin icrası Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə, 2.2.8-ci yarımbəndinin icrası Aqrar və ekologiya şöbəsinə, 2.2.27-ci yarımbəndinin icrası isə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 mart 2024-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Nazirlər Kabineti 2022 Bütün hüquqlar qorunur