“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (bundan sonra – Tədbirlər Planı) 7.1.2.2-ci, 7.1.3.1-ci, 7.1.5.1-ci, 7.1.6.1-ci, 7.1.9.1-ci, 7.1.11.1-ci, 7.1.11.2-ci, 7.2.1.1-ci, 7.2.1.2-ci, 7.2.1.6-cı, 7.2.3.1.3-cü, 7.2.6.1-ci, 7.2.6.2-ci, 7.2.6.3-cü, 7.2.6.4-cü, 7.2.6.5-ci, 7.3.5.1-ci, 7.3.5.2-ci, 7.3.9.2-ci, 7.3.9.3-cü, 7.4.1.1-ci, 7.4.1.2-ci, 7.4.1.3-cü, 7.4.2.1-ci, 7.4.4.1-ci, 7.4.6.2-ci və 7.5.1.1-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbəndlərdə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Tədbirlər Planının 7.2.8.3-cü, 7.2.8.4-cü, 7.2.14.1-ci, 7.3.2.1-ci, 7.3.3.2-ci, 7.3.9.1-ci, 7.4.4.2-ci, 7.4.4.3-cü və 7.4.6.1-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbəndlərdə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planının 7.1.4.1-ci və 7.3.7.1-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbəndlərdə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bakı Nəqliyyat Agentliyi Tədbirlər Planının 7.1.10.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbənddə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Tədbirlər Planının 7.1.13.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tədbirlər Planının 7.2.1.4-cü və 7.2.1.5-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbəndlərdə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi Tədbirlər Planının 7.2.1.7-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini müvafiq olaraq həmin yarımbənddə nəzərdə tutulmuş və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 7.1.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2019-cu il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 7.2.1.8-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2020-ci il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
10. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
11. Bu Sərəncamın 1-ci, 8-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinə, 2-ci, 4-cü, 6-ci, 7-ci, 9-cu hissələrinin icrasına nəzarət kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinə və 3-cü, 5-ci hissələrinin icrasına nəzarət maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.
12. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov
Bakı şəhəri, 10 yanvar 2019-cu il