Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 oktyabr tarixli 550s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin Siyahısı”nın 11.5-ci bəndində “Protez Ortopedik Bərpa Mərkəzi” sözləri “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” sözləri ilə əvəz edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 may 2024-cü il