Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.
Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirildi.
Azərbaycanla Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirildi, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.