Nazirlər Kabinetinin 19 №-li Qərarına dair izah
Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən icra edilən qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində 14,1815 hektar və Xızı rayonunun inzibati ərazisində 22,5958 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcəkdir.