Nazirlər Kabinetinin 470 nömrəli Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərar Avropa Yenidənqurma və İnkişaf Bankının texniki yardımı ilə “Azərbaycanda bərpa olunan enerji üzrə hərracların keçirilməsinə dəstək” layihəsi çərçivəsində seçilmiş ərazinin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə hazırlanmışdır.
Qərarda Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsinin günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcəkdir.