Nazirlər Kabinetinin 108 №-li Qərarına dair izah
Qərar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 fevral tarixli 2022 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarda beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə aidiyyəti dövlət orqanının təqdimatına əsasən radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə həmin tədbirlərin təşkilatçılarının vəsaiti hesabına kompensasiyanın ödənilməsi qaydasının, o cümlədən kompensasiya üçün müraciət edilməsi, müraciətə baxılması, bununla əlaqədar qərarın qəbul edilməsi və həmin qərarla bağlı mübahisələrin həlli qaydalarının müəyyən edilməsinə dair müddəalar nəzərdə tutulmuşdur.