Nazirlər Kabinetinin 287 №-li Qərarına dair izah
Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarla binaların enerji effektivliyi sinifləri müəyyən edilir. Binanın enerji effektivliyi sinfi enerji istehlakının qənaətlilik səviyyəsinin ölçülməsini təmin edir.
Enerji effektlivliyi sinifləri yüksəkdən aşağıya qədər müvafiq olaraq “A, B, C, D, E” kimi adlandırılacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binalarda enerji effektivliyinin təmin olunması üçün tikinti norma və qaydalar təkmilləşdiriləcək. Həmin norma və qaydalar əsasında isə Energetika Nazirliyi tərəfindən “Binalarda enerji sərfinin hesablanması metodologiyası”ı təsdiq ediləcək.