Nazirlər Kabinetinin 393 №-li Qərarına dair izah
Qərarda buğda bitkisi ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin də orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və həmin toxumların toxumçuluq təsərrüfatlarına satılması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Qərarla orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı mexanizmin yaranmasına və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən orijinal, superelit və elit toxumların istehsalının genişləndirilməsinə imkan yaranacaqdır.