Nazirlər Kabinetinin 451 nömrəli Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 nömrəli Qərarı Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.
Qərarla Koordinasiya Şurasının tərkibi müəyyən edilib.
Bu Qərarın qəbulu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkədaxili əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə, müvafiq sahədə risk qiymətləndirmələri və Avropa Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsi nəticəsində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə, müvafiq istiqamətlərdə qurumlar arasında əməkdaşlığın effektivliyinin artırılmasına zəmin yaradacaqdır.