Nazirlər Kabinetinin 456 nömrəli Qərarına dair izah
Qərar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarla təsdiq edilmiş “Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları” dəmiryol nəqliyyatının yüksək təhlükəli zonaları hesab edilən ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında, dəmiryol stansiyalarında, sərnişin platformalarında, dəmiryol hərəkət tərkiblərində, həmçinin dəmiryol nəqliyyatının qatarların hərəkəti və manevr işləri ilə əlaqəli olan digər obyektlərində vətəndaşların olmasını, obyektlərin yerləşdirilməsini və işlərin aparılmasını təmzimləyir.