Nazirlər Kabinetinin 55 №-li Qərarına dair İzah
https://nk.gov.az/az/document/6787/
Nazirlər Kabinetinin 18.02.2023-cü il tarixli 55 nömrəli Qərarı kompüter avadanlığı, kompüter hissə və ləvazimatlar, hesablayıcı maşınlar və digər komponentlərin 2025-ci il 28 avqust tarixinə qədər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilməsini nəzərdə tutur.