Nazirlər Kabinetinin 179 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 12 iyun tarixli 179 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.32-ci maddəsinə uyğun olaraq idxalı və satışı əlavə dəyər vergisindən azad olunan, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı, habelə Vergi Məcələsinin 164.1.33-cü maddəsinə uyğun olaraq idxalı əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı təsdiq edilmişdir.