Nazirlər Kabinetinin 102 №-li Qərarına dair İzah
Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarında malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılması nəzərdə tutulur.