Nazirlər Kabinetinin 165 və 166 №-li Qərarına dair İzah
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.2-ci və 1.1.3-cü yarımbəndləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını və məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edilməsi tapşırılmışdır.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununa yeni redaksiyada əlavə edilmiş 11-ci maddəsinə əsasən, məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnaməsi verilir.
Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə dövlət məhkəmə eksperti şəhadətnaməsi Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən verilir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr isə yalnız Ədliyyə Nazirliyi tərəfindən verilir.
Həmin Qanuna əlavə edilmiş 11-2-ci maddəyə əsasən, Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər isə attestasiyadan azaddırlar.