Nazirlər Kabinetinin 295 №-li Qərarına dair izah
Qərar “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarla mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün binanın istismar təyinatından asılı olaraq tələblər müəyyən edilir.
Qərara əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab suların axıdılması zamanı sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə əməl olunması və ətraf mühitin qorunması təmin ediləcəkdir.