Nazirlər Kabinetinin 22 №-li Qərarına dair izah
Vergi Məcəlləsində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalının həyata keçirilməsi fəaliyyəti üzrə vergilərdən güzəştlərin verilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 22 nömrəli Qərarında göstərilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir. Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.