Nazirlər Kabinetinin 495 №-li Qərarına dair izah
Bu Qayda satınalmalarda iştirak etmək üçün təchizatçılar tərəfindən təqdim edilən təkliflər qiymətləndirilərkən satınalan təşkilat tərəfindən satınalma güzəştinin tətbiqi qaydasını müəyyən edir.
Satınalma komissiyası təklifləri qiymətləndirərkən, yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən və formal tələblərə uyğun təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) üzrə təklif olunan qiymətlərə 20 faizə qədər həcmdə güzəştli düzəliş tətbiq edir.
Yerli malların, işlərin və xidmətlərin xeyrinə tətbiq olunan güzəştli düzəlişin faizi həcmində məbləğ müqayisə məqsədilə həmin güzəştli düzəlişin tətbiq edildiyi malın, işin və xidmətin məbləğindən çıxılır.