Nazirlər Kabinetinin 500 №-li Qərarına dair izah
Qaydada satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş təsnifat kodlarının siyahısının strukturunu və istifadə qaydasını müəyyən edilir.
Təsnifat kodlarının siyahısı ümumidən xüsusiyə doğru sıralanmaqla satın alınan mallar, işlər və xidmətlərin müəyyən edildiyi siniflərdən, siniflərin daxil olduğu qruplardan və qrupların daxil olduğu seqmentlərdən ibarətdir.