Nazirlər Kabinetinin 496 №-li Qərarına dair izah
Bu Qaydalar dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması, Qanunun 28.4-cü maddəsinə uyğun olaraq ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydalarını müəyyən edir.
Vəsaitdən portalı istismar etmək, təkmilləşdirmək və saxlamaq, portalın təhlükəsizliyini, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər bazasının qorunmasını təmin etmək, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirilmək, maddi-texniki bazasını möhkəmləndirmək və elmi-texniki potensialını artırmaq məqsədilə istifadə olunur.