Nazirlər Kabinetinin 416 nömrəli Qərarına dair Izah
Qaydalarda dəyişiklik “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən Fərmanın icrası çərçivəsində uçota alınacaq qeyri-yaşayış obyektləri ilə bağlı məlumatların tərkibi və reyestrə daxil edilmə qaydası müəyyənləşdirilib.
Qaydalara əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qeyri-yaşayış obyektləri ilə bağlı məlumatları uçot məqsədilə Tikintilərin Dövlət reyestrinə təqdim etməlidir. Qeyd olunan məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilir.