Nazirlər Kabinetinin 37 №-li Qərarına dair izah
Mövcud dövrün iqtisadi münasibətlər sisteminin yeni keyfiyyət mərhələsinə keçməsi, dəyər və ya qiymət səviyyəsinin dəyişməsi, müasir avadanlıqların, infrastruktur obyektlərinin və digər yeni növ əsas vəsaitlərin meydana gəlməsi səbəbindən “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin təkmilləşdirilməsinə zərurət yaranmışdır.
Bununla əlaqədar, “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanmışdır.
Qərarda “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) yeni meyar göstəriciləri müəyyən olunmuşdur.