Nazirlər Kabinetinin 103 №-li Qərarına dair İzah
Nazirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il tarixli 103 nömrəli Qərarında müvafiq xüsusi gömrük prosedurları çərçivəsində həyata keçirilən əməliyyatların uçotunun yazılı forma ilə yanaşı elektron formada aparılması imkanının yaradılması nəzərdə tutulur.