Nazirlər Kabinetinin 86 №-li Qərarına dair İzah
https://nk.gov.az/az/document/6889/
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nın tətbiqi ilə aşağıdakı məsələlərin təmin edilməsi nəzərdə tutulur:
- yerləşmə vasitələrində qalan şəxslərin elektron qeydiyyatı həyata keçirilməklə ölkəyə gələn xarici qonaqların və yerli turistlərin dəqiq statistik hesabatlarının aparılması təmin ediləcək;
- əldə edilən məlumatlar gələcəkdə həm beynəlxalq, həm də yerli turizm bazarında turizm sahəsində daha məlumatlı qərarların qəbul edilməsinə və uzunmüddətli turizm strategiyalarının formalaşdırılmasına kömək edəcəkdir.