Noyabrın 5-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Dini Liderlərin Qlobal Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib.
Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətini oxudu.