16 Dekabr 2022 - 13:00

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verildi.