Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.