İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verildi.
Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olundu.