İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gəlib.
“Minsk” Milli Aeroportunda Ə.Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında qonaq qismində iştirak edəcək.