Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Əli Əsədov Dağıstan Respublikasının rəhbərinə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.