Məktubda deyilir:”Müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Mənəvi saflığı və kamilliyi, ülvi niyyət və əməlləri tərənnüm edən bu nurlu bayramın Sizə və ailənizə, qardaş xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini arzulayıram.”