AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Əlaqə
  • AZ
    • AZ
    • EN
    • RU
AZ
  • AZ
  • EN
  • RU
Əlaqə

Mətbuat xidmətinin məlumatı
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
10 İyun 2025 - 17:31
Baş nazir Əli Əsədov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 10-da IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

Forumu açan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ölkəsinin iqtisadi və investisiya imkanları barədə məlumat verdi.

Tədbirdə çıxış edən Baş nazir Ə.Əsədov Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və əlverişli investisiya mühiti haqqında bəhs etdi.

Qeyd edildi ki, 2024-cü ildə ölkəmizin iqtisadiyyatı 4,1% artıb. Qeyri-neft-qaz sektoru 6,2% artıb. Vurğulandı ki, Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən də azdır, maliyyə ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir.

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verən Baş nazir vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi məqsədilə ardıcıl işlərin aparıldığını dedi. 

Diqqətə çatdırıldı ki, Azərbaycanda müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış yeddi sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün unikal şərtlər təklif edən Ələt azad iqtisadi zonası xüsusi qeyd edildi.

“Yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır. Bunun nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımıza 338 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, bunun da yarısı birbaşa xarici investisiyadır”, - deyə Ə.Əsədov bildirdi.

Eyni zamanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranmış yeni reallıqların da investisiya əməkdaşlığı üçün yaxşı imkanlar açdığı diqqətə çatdırıldı. Qeyd edildi ki, bu gün Azərbaycan bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparır.

Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbin və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə Özbəkistan və Qazaxıstan tərəflərinə minnətdarlıq ifadə olundu.

Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyinə toxunan Ə.Əsədov, fondun xətti ilə bu gün müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin nəzərdən keçirildiyini məmnunluqla qeyd etdi.

Diqqətə çatdırıldı ki, əməkdaşlıq üçün digər perspektivli istiqamət alternativ enerji sahəsidir. Azərbaycanın bu sahədə genişmiqyaslı gündəliyi var. Artıq dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr həyata keçirilir.

Azərbaycanın Avropaya yaşıl enerji tədarükçüsü kimi də fəal inkişaf etdiyini deyən Ə.Əsədov, ölkəmizin bu gün Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə Avropaya yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzərində işlədiyini vurğuladı.

Bildirildi ki, bununla yanaşı COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstanın dövlət başçıları Xəzər dənizi-Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerjinin ixracı üçün geniş imkanlar açan Saziş imzalayıblar.

Sonda Daşkənd Beynəlxalq İnvestisiya Forumunun bundan sonra da investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayacağına əminlik ifadə olundu.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Nazirlər Kabineti 2022 Bütün hüquqlar qorunur